Ermənistan parlamentinin spikeri bu gün rəsmən istefa verəcək

Ermənistan parlamentinin spikeri bu gün rəsmən istefa verəcək

Ermənistan parlamentinin spikeri Ovik Abramyan bu gün rəsmən istefa verəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ovik Abramyanın hakim Respublika Partiyasının 2012-ci il parlament seçkiləri ilə bağlı yaradılan seçki qərargahına rəhbərlik edəcəyi bildirilib.

Qeyd edək ki, spiker istefa vermək niyyətini açıqladıqdan sonra 5 gün ərzində istefasının qəbul edilməsini gözləməlidir. İstefa qəbul olunarsa, parlament yeni spiker seçəcək

Bütün xəbərlər Facebook səhifəmizdə