Xarici İşlər Nazirliyi Suriya ilə bağlı xəbərdarlıq etdi

Xarici İşlər Nazirliyi Suriya ilə bağlı xəbərdarlıq etdi

Azərbaycanın Suriyadakı səfirliyi normal rejimdə fəaliyyətini davam etdirir. Bunu SİA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi Suriyada olan və Suriyaya getməyə hazırlaşan Azərbaycan vətəndaşlarını ehtiyatlı, ayıq-sayıq olmağa çağırır. Qeyd edək ki, Suriyada isə hökumət əleyhinə aksiyalar dayanmır. Hama şəhərində təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb, ölənlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə