Oktyabrda 1,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib
Cari ilin oktyabr ayında ölkə enerji sistemində 1,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Bu barədə SİA-ya "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirildiyinə görə, 2011-ci ilin 10 ayı ərzində isə enerji sistemində 16 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 13,6 milyard kilovatsaatdan artıq İES-lərin, 2,4 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB