Qubadlı rayon sakini Bəhruz Müseyibova bıçaqla xəsarət yetirmiş Saray qəsəbə sakini Cavid Məcidov bu gün Sumqayıt ŞPİ əməkdaşları tərəfindən yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhəri ərazisindəki \"Xan Bağı\" kafesində, Saray qəsəbə sakini Cavid Məcidov münaqişə zəminində Qubadlı rayon sakini Bəhruz Müseyibova bıçaqla xəsarət yetirib. Hadisə yerindən qaçan Məcidov Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB