Salyan sakinindən \"Makarov\" və \"Valter\" markalı tapançalar müsadirə edildi
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Mirhabil Bədirov evində 1 ədəd \"Makarov\" və 1 ədəd \"Valter\" markalı tapançaları qanunsuz olaraq saxlayıb.SİA-nın verdiyi xəbərə görə, aparlılan axtaış tədbirləri nəticəsində Bədirovun evindən 1 ədəd pnevmatik tüfənk, 7 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd süngü-bıçaq, 2 ədəd xəncər və 7 ədəd bıçağ aşkar edilərək götürülüb. Qeyd edək ki, Bədirovun silahları kimdən və nə zaman alması aparılan istintaq nətıcəsində məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB