“Diabetə qarşı xəbərdarlıq” adlı tədbir təşkil edilib- FOTOSESSİYA

“Diabetə qarşı xəbərdarlıq” adlı tədbir təşkil edilib- FOTOSESSİYA

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü (ÜDG) kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir.

Ümumdünya Diabet Gününün emblemi olan Mavi dairə şəkərli diabet(ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: "Güc birlikdədir!". 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: "Diabetin təlimi və qarşısının alınması"-dır.

Azərbaycan Diabet Liqasının (ADL) rəsmi fəaliyyətə başladığı dövrdən (2000-ci ildən) Azərbaycanda da 14 noyabr-ÜDG xüsusi qeyd edilir. Bu il ADL-nın təşəbbüsü ilə bu gün "Park Bulvar"da "Diabet və onun yaranma səbəblərinə qarşı xəbərdarlıq" adlı tədbir təşkil edilib. SİA-nın məlumatına görə, həmçinin 14 noyabr tarixində Respublika Endokrinoloji Mərkəz ilə birgə Salyan rayonunda "Diabet məktəbi"nin açılışı olacaq.

Tədbir zamanı hər kəs özündə diabet riskinin nə dərəcədə ola biləcəyini və bu riski necə azalda biləcəyini öyrənə bilib. REM-in mütəxxəsis tibb işçiləri test üsulundan, antropometrik ölçülərdən və qlükometr vasitəsilə müayinədən sonra nə dərəcədə risk qrupuna daxil olduğunuzu müəyyən edib. Bunun davamı olaraq yüksək risk qrupundan olanlara isə daha dərin müayinə məqsədi ilə REM-də pulsuz müayinəyə göndəriş verilib. Hər bir müayinə olunan şəxs Roche firmasının Accu-chek Active qlükometrləri və digər hədiyyələr udmaq şansı qazanacaq. Bu tədbirdə iştirak edən insanlar diabeti necə xəbərdar etmək olar, necə qidalanmaq lazımdır, diabet nədir, xəstəlikdən necə qorunmalı, xəstələndikdə nə etməli, diabet haqqında digər maraqlı məlumatlar və statistika əldə edə biliblər.

Qeyd edək ki, bu gün 21.00-dək risk qrupuna daxil olub olmamağınıza görə Park Bulvarda pulsuz müayinədən keçə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə