Saxlama müddəti ötən, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 163,5 ton müxtəlif növ ərzaq məhsulları məhv edilib. Yoxlama-monitorinqlər zamanı mənşəyi məlum olmayan müxtəlif adda məhsullar satışdan çıxarılıb.
Qarabağ üzrə bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yevlax rayonunda istehlakçıların maarifləndirilməsinə dair tədbir keçirilib. Tədbirdə son bir neçə ay ərzində adıçəkilən xidmət tərəfindən aşkarlanan nöqsanlardan danışılaraq bildirilib ki , Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-oktyabr aylarında istehlak bazarında həyata keçirilən yoxlama-monitorinqlər zamanı mənşəyi məlum olmayan müxtəlif adda məhsulları satışdan çıxarılıb. Doqquz ay ərzində inzibati xətaya yol verən sahibkarlıq subyektlərinə xidmət tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1 milyon 37 min manat cərimə yazılıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB