Amerikanın ölkəmizdəki səfiri Metyu Brayza Tovuz rayonuna səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, görüş çərçivəsində səfir rayonun icra başçısı Tofiq Zeynalovla görüşüb. Səfirə rayonun coğrafi mövqeyi, iqtisadiyyatı haqqında məlumat verilib.
Heydər Əliyev adına parkla tanışlıqdan sonra diplomata xəritə əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında məlumat verərək ötən əsrlər boyu qonşu dövlətlərin işğalçı siyasəti nəticəsində Azərbaycan ərazilərinin tədricən bölünərək həmin dövlətilərin tərkibinə qatıldığı haqda bilgi verilib. Metyu Brayzanın rayona səfərinin əsas məqsədlərindən biri də Tovuzun tarixi abidələri ilə yaxından tanışlıqdır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB