Çinin Azərbaycandakı səfiri Gəncəyə səfər edib - FOTO

Çinin Azərbaycandakı səfiri Gəncəyə səfər edib - FOTO

Çinin ölkəmizdəki səfiri ÇjanYannyan Gəncə şəhərində səfərdə olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat ilk olaraq şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə Çin və Azərbaycan arasında qurulan ikitərəfli əlaqələrdən, eləcə də adıçəkilən dövlətin ölkəmizdə həyata keçirdiyi bir sıra layihələrdən danışılıb. Bildirilib ki, Gəncə şəhərinin ən iri müəssisələrindən olan Gəncə Alüminium Zavodu məhz çinli mütəxəssislərin köməkliyi ilə yenidən işə salınıb.

"Çin və Azərbaycan arasında xüsusilə iqtisadiyyat sahəsində geniş əlaqələr qurulub. Dövlət rəsmiləriniz, həmçinin Çin hökuməti bu əlaqələrdən olduqca məmnundur. Qarşıda Çin-Azərbaycan 4-cü Beynəlxalq Ticarət Sərgisi işinə başlayacaq", səfir deyib.

Diplomat həmçinin qeyd edib ki, gələcəkdə iqtisadiyyatla yanaşı, humanitar sahədə də yeni əlaqələrin qurulması gündəmdədir. Diplomat səfər çərçivəsində qərb bölgəsində fəaliyyət göstərən çinli iş adamları ilə də görüşəcək

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə