11.11.11 - də dünyaya gələn qıza Reyhan adı verildi

11.11.11 - də dünyaya gələn qıza Reyhan adı verildi
11.11.11 tarixində saat 11:11:11-də rəqəmlər sağdan sola və soldan sağa eyni oxunur ki, bu gün 100 ildən bir baş verən hadisə tarixə yazıldı. Hələ qədim miflərdə bu günün xüsusi özəlliklərindən bəhs edilir və bu günün qeyri adiliyinə inanıb etiqad ediblər. Bu tarixi gündə ailə quranlarda oldu, dünyaya övlad gətirənlər də.
SİA-nın verdiyi məlumata görə, paytaxtın 5 nömrəli doğum evində dünyaya gələn körpə qız uşağı da bu tarixdə dünyaya göz açan ilk körpə kimi qeydə alınıb. Dünyaya gəlişi ilə Ələkbərovlar ailəsinə sevinc gətirən körpəni valideyinləri Nuray adlandırıblar. 5 saylı doğum evinin şöbə müdiri Rita İbrahimova ilə apardığımız söhbət zamanı məlum oldu ki, bugünki tarixdə kilinikaya 8 xəstə daxil olub, onlardanda Bahar Rustəmova məhs səhər saat 11 radələrində qız övladını dünyaya gətirib. Yeni doğulan körpənin valideyinin isə sevinci birə min idi. Cünki 100 ildən bir təkrarlanan bu gündə doğulan usaqlarda qeyri adi istedad olduğuna Rüstəmovlar ailəsidə inanır. İlk nəvə payı olan balaca qıza isə valideyinləri Reyhan adını veriblər.
Qeyd edək ki, körpənin cəkisi 3,2 kq-dır.

Bütün xəbərlər Facebook səhifəmizdə