Gürcüstanın Acarıstan Muxtar Respublikasında müsəlman gənclər pulla dinlərni dəyişdirdirlməsi ilə bağlı məlumatlar yayılıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, əhalisinin hamısı müsəlman olan Acarıstanda Gürcüstan hökuməti artıq kilsələr tikməyə başlayıb. Məlumata əsasən kilsələrə təyin edilən keşişlərə xüsusi tapşıqırlar verilib.
Müsəlmanların dinini dəyişdirməsi üçün təbliğat aparması tapşırığı verilən keşişlər kilsəyə gələn müsəlman gənclər yaşadıqları yerlərin əhalisinin tarixən xristian olduğunu, osmanlılar gəldikdən sonra babalarının İslamı qəbul etdiklərini, indi yenidən xristanlığa qayıtdıqlarını təbliğ edirlər. Gənclərin pul verilərək dinlərini dəyişdikləri fikri irəli sürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB