Arzu Rəhimov Polşada keçirilən Praqa Prosesinin II Nazirlər Konfransında iştirak edib

Arzu Rəhimov Polşada keçirilən Praqa Prosesinin II Nazirlər Konfransında iştirak edib

3-4 noyabr 2011-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov və rəhbərlik etdiyi nümayəndə heyəti Praqa Prosesinin Miqrasiya Tərəfdaşlıq Quruculuğuna dair II Nazirlər Konfransında iştirak etmək məqsədilə Polşa Respublikasının Poznan şəhərində rəsmi səfərdə olub.

Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən xəbərə görə, "Avropa İttifaqı, Şengen zonası, Şərqi Avropa və Mərkəzi Asiya arasında miqrasiya sahəsində tərəfdaşlığın inkişafına yönəlmiş yeni siyasi təşəbbüslər" adlanan 2-ci Nazirlər Konfransında dünyanın əksər dövlətlərinin nümayəndələri - Aİ, Cənub-Şərqi Avropa, MDB, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinin təmsilçiləri iştirak edib.

Konfransın sonunda Praqa Prosesinin 2012-2016-cı illər üzrə Fəaliyyət Planı səsə qoyulmuş və yekdilliklə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə