Əmlakın qeydiyyatı daha da sadələşdiriləcək

Əmlakın qeydiyyatı daha da sadələşdiriləcək

Ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi davam edəcək. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam edir: "Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması proseslərində süni maneələr aradan qaldırılacaq. Bu məqsədlə dünya təcrübəsindən istifadə olunur.

Gələcəkdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması da nəzərdə tutulub. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə