Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk vətənpərvərlik mahnılarından ibarət disk buraxılıb. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, "Anam Azərbaycan" adlanan albomda Tünzalə Ağayevanın "Mən Azərbaycanlıyam", "Ölkəm", "İgidlər", "Şəhidim", "Biz Gəlirik", "Bizim Zaman", "Qəzəl" və digər milli-mənəvi dəyərlərimizi önə çıxaran mahnıları yer alıb. Albomun Azərbaycan gəncləri arasında geniş tanıtımı keçirilir və həmçinin vətənpərvərlik mövzusunda tədbirlərdə istifadə edilmək üçün ali və orta təhsil ocaqlarına göndərilib.
Qeyd etmək lazımdır ki, "İRƏLİ" İctimai Birliyi müstəqilliyimizin 20-ci ili münasibətilə bundan başqa da bir neçə layihə həyata keçirilib. Bunlara "Azərbaycanı Tanı" kitabı, www.discoverazerbaijan.az veb sehifəsi, Azərbaycanda "Dünya Gənclər Festivalının" keçirilməsi və s. layihələri göstərmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB