Buzovna məktəbində partlayış baş verib

Buzovna məktəbində partlayış baş verib
Bu gün saat 13:00 Bakı şəhər Xəzər rayonunun Buzovna qəsəbəsindəki 234 saylı orta məktəbdə güclü partlayış baş verib. SİA-nın məlumatına görə, ilkin versiyalara görə partlayışa səbəb qaz sızması olub. Baş verən hadisə nəticəsində məktəbin 11-ci sinif şagirdi 17 yaşlı İbadov Məmiş ağır yanıq xəsarətləri alıb. Məktəbli Respublika yanıq mərkəzinə çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Hadisə ilə başlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə