Ukraniya səfiri Gəncədə olub - FOTO

Ukraniya səfiri Gəncədə olub - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Alenksandr Mişenko Gəncə şəhərinə səfər edib. Diplomat ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, bunun ardından səfirə şəhərdə aparılan quruculuq işləri barədə məlumat verilib. Diplomiat həmçinin İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə də görüşüb.

Təxminən 1 saatdan artıq çəkən görüşdə Ukrayna-Azərbaycan əlaqələri, həmçinin hər iki ölkənin şəhərləri arasında bir sıra layihələr nəzərdə keçirilib. "Şəhər rəhbərliyi ilə görüşdə Gəncə ilə Volinskiy vilayətinin qardaşlaşması məsəllərini müzakirə etdik. Keçmiş səfir hazırda isə Volinskiy vilayətinin qubarnatioru Boris Klimçukun salamlarını və dəvətini Elmar Vəliyevə çatdırdım. Bizim prezidentlər dostdur. Bu gün hər iki ölkənin regionları şəhərləri arasında iki tərəfli əlaqələrin qurulması istiqamətində münbit siyasi imkanlar var. Biz də bu imkanlardan yaralanmalıyıq. Gəncə və Volinski vilayəti arasında qurulacaq münasibətlər deyilənlərin nümunəsi ola bilər", - deyə səfir qeyd edib.

Diplomatın təklifi Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri tərəfindən qəbul olunub. İlkin məlumatlara görə, şəhər rəhbərlərinin Ukraynanın adıçəkilən vilayətinə səfəri gələn ilin birinci rübü ərzində reallaşcaq. Hazırda isə başda iqtisadi sfera olmaqla digər sahələrdə də yeni əlaqələrin qurulması və bir sıra layihələr üzərində iş aparılır. Gəncədə səfərdə olan diplomatın fikirincə, Azərbaycanın iqtisadi inkişafı hər iki ölkə arasında yeni imkanlar açır. İqtisadiyyatla yanaşı mədəniyyət və təhsil sahələrində də bir sıra uğurlu layihələr var.

"Mən Gəncə Dövlət Universitetində olacağam. Burada bir sıra məsəllər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Ən önəmli məsəllərdən biri Volinskdə fəaliyyət göstərən ali məktəblə Gəncə Dövlət Universiteti arasında hərtərəfli münasibətlər qurmaqdır", - deyə səfir əlavə edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə