"2012-ci ilin yanvarın ilk günündən Dövlət Neft Şirkətinin bütün işçiləri məcburi tibbi sığorta etdiriləcək". SİA-nın xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söyləyib.
Onun sözlərinə görə, bununla bağlı bir sıra sığorta şirkətləri ilə danışıqlar aparılır: "Neft Şirkətinin Diaqnostika mərkəzləri, həmçinin Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin tabeçiliyinə veriləcək. Bundan sonra Neft Şirkətinin bütün əməkdaşları müayinə kartı ilə istənilən xəstəxanada müayinədən keçə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB