Toya dəvət olunan qonaqlar isə gəlinin yetkinlik yaşına catmamasına əhəmiyyət vermədən yeyib icir, şənlənirdilər. Xatırladaq ki, məsələdən xəbər tutan Nizami Rayon İcra Hakimiyyəti təcili olaraq icra hakimiyyəti tabeliyində olan erkən nikahlarla bağlı komissiyanın iclasını cağırıb. Komissiyanın sədri Gülnaz İsrafilova bildirdi ki, toplantıdan dərhal sonra hüquq mühafizə orqanlarının iştirakı ilə gəlinin valideyinləri və nişanlısı ilə görüş keçirilib: \"Danısıq apardiq. Qız evi də, oğlan evi də xəbərdar olundu və dillərindən izzahat alındı ki, qızın 17 yaşı tamam olmamış bu nigah baş tuta bilməz\". Qurum rəsmisi onu da bildirdi ki, nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Lakin üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər.
Qeyd edək ki, Cinayət Məcələsinin 152-ci maddəsinə əsasən 16 yaşı tamam olmayan qızlarla nigah bağlayan şəxsləri 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB