Zorla ərə verilən 15 yaşlı qızın toyu dayandırıldı -

Zorla ərə verilən 15 yaşlı qızın toyu dayandırıldı -

Uşaq hüquqları mərkəzinin qaynar xəttinə edilən anonim zəng bu gün bütün dövlət qrumlarını ayağa qaldırdı, desək heç də səhv etmərik. Uşaq Hüquqları mərkəzi ilə yanaşı Ombusman aparatı, Nizami rayon İcra Hakimiyyəti edilən zəngə adekvat reaksiya verib. Zəng edən azyaşlı bir qızın valideyinləri tərəfindən zorla ərə verildiyini bildirilib.

SİA-nın ilkin araşdırması zamanı məlum olub ki, ərə verilən qızın ailəsi Füzuli rayonundan məcburi köckündür. Ailədə 5 qız böyüdən vailideyinlərin maddi durumu hec də ürək açan deyil. Qız evindən fərqli olaraq oğlan evinin maddi sıxıntısı yoxdur. Erkən nigah qurma təklifini də məhs oğlan evi edib.

Bu gün saat 18:00 da da paytaxtdakı restoranlardan birində nigah mərasimi baş tutmalı idi. Qeyd edək ki, erkən nigaha məcbur edilən qız azyaşlı olduğundan onun adını şərti Gültəkin Hacıyeva adlandırmaq məcburiyyətindəyik. Atalar demişkən \"Sən saydığını say, gör fələk nə sayır\".

Məsələdən xəbər tutan Nizami Rayon İcra Hakimiyyəti təcili olaraq icra hakimiyyəti tabeliyində olan erkən nikahlarla bağlı komissiyanın iclasını cağırıb. Komissiyanın sədri Gülnaz İsrafilova deyir ki, toplantıdan dərhal sonra hüquq mühafizə orqanlarının iştirakı ilə gəlinin valideyinləri və nişanlısı ilə görüş keçirilib: \"Danısıq apardiq. Qız evi də, oğlan evi də xəbərdar olundu və dillərindən izzahat alındı ki, qızın 17 yaşı tamam olmamış bu nigah baş tuta bilməz\". Qurum rəsmisi onu da bildirdi ki, nikah və onunla əlaqəli məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Məcəllədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Lakin üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən, amma nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Bu isə istisna hallardır. Uşaq hüquqları klinikasının drektoru Rafiq Alışov deyir ki, son bir necə ildə erkən nigahların əksəriyyəti maddiyyat üzərində qurulur. Bu isə sonralar ailədə psixoloji problemlərin yaranmasına gətirib cıxarır.

Qeyd edək ki, Cinayət Məcələsinin CM-nın 152-ci maddəsinə əsasən 16 yaşı tamam olmayan qızlarla nigah bağlayan şəxsləri isə 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.


Ilahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə