Yunanıstanın yeni baş naziri məlum oldu

Yunanıstanın yeni baş naziri məlum oldu

Yunanıstanın koalisiya hökumətində yeni baş nazir Avropa Mərkəzi Bankının (AMB) keçmiş sədr müavini Lukas Papademos olacaq. Lukas Papademos hökumətə ən azı növbədənkənar seçkilərin keçiriləcəyi 19 fevral 2012-ci ilədək rəhbərlik edəcək.AMB-də 2002-2010-cu illərdə çalışan yeni baş nazir 1994-2002-ci illərdə Yunanıstan Mərkəzi bankına rəhbərlik edib.



Bütün xəbərlər Facebook səhifəmizdə