FHN qış mövsümünün başlaması ilə əlaqədar silsilə tədbirlər keçirir
Fövqəladə Hallar Nazirliyi (FHN) qış mövsümünün başlaması ilə əlaqədar Bakıda silsilə tədbirlərə start verib. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, payız-qış mövsümünün başlanması, vətəndaşların müxtəlif mənşəli və bəzən keyfiyyətsiz qızdırıcı cihazlardan istifadə etməsi ilə əlaqədar noyabrın 4-də FHN-in Bakı Regional Mərkəzi Bakı şəhər rayonlarının İcra hakimiyyətləri ilə birgə \"Yanğın təhlükəsizliyi\" mövzusunda Yasamal Rayon İcra Hakimiyyətində, rayon kommunal-təsərrüfat təşkilatlarının rəhbərlərinin və bələdiyyə üzvlərinin iştirakı ilə növbəti maarifləndirmə tədbiri keçirib. Tədbirdə bildirilib ki, respublika əhalisi və ərazilərin təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlilinin nəticələri son illər FHN-in digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatı və maddi itkilərin miqdarının xeyli azaldığını göstərir. Lakin, bir sıra hallarda fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması insanların həyat və sağlamlığının təhlükə altında qalmasına, onların əmlaklarının məhvinə, infrastrukturun sıradan çıxmasına və dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsinə şərait yaradır. Bu halların qarşısının alınmasında insanların yanğın profilaktikası sahəsində maariflənməsi böyük rol oynaya bilər.
Tədbir zamanı \"Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və onun struktur bölmələri\", \"Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları\" və \"Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları\" mövzularında məruzələr dinlənilib. Çıxışdan sonra FHN fəaliyyət istiqamətləri və onun struktur qurumları barədə sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB