Jurnalistlər üçün treninqlər keçiriləcək

Jurnalistlər üçün treninqlər keçiriləcək

"İnformasiya Cəmiyyətinin Jurnalisti" 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlər təşkil olunur.

Multimedi İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzindən SİA-ya verilən xəbərə görə, treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər, ekspertlər və alimlər tərəfindən aparılacaq.

Cəmi 5 treninqin keçirilməsi nəzərdə tutulur.

Treninqlərdə ali məktəblərdə jurnalist ixtisasları üzrə təhsil alan tələbələr və bu sahədə çalışan gənc Jurnalistlər iştirak edə bilərlər.

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.

Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.

Layihə çərçivəsində həmçinin, İnformasiya Cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi də keçirilir. Müsabiqədə İKT sahəsindən və informasiya cəmiyyəti quruculuğundan yazan jurnalistlər iştirak edə bilər. Müsabiqə informasiya cəmiyyətinin ən yaxşı jurnalisti nominasiya üzrə keçirilir.

Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə