Azərbaycanda Konstitusiya imtahanları keçiriləcək

Azərbaycanda Konstitusiya imtahanları keçiriləcək

\"Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş Konstitusiya imtahanının keçirilməsi planlaşdırılır\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, imtahanın keçirilməsində məqsəd Konstitusiyanın maddələrinin təbliğ olunmasıdır: "Bir çox Avropa ölkələrində belə imtahanlar təşkil edilir. İstəyirik ki, Azərbaycanda da şagirdlər, tələbələr, hətta siyasətçilər və dövlət məmurları arasında belə imtahanlar keçirilsin".

Fuad Muradov qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Azərbaycana Avropadan mütəxəssislər dəvət olunub və imtahanın keçirilməsi ilə bağlı onların təqdimatı olub: "Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən lahiyənin \"Azərbaycan Gənclİyi 2011-2015-ci illərdə\" Dövlət Proqramına salınması istiqamətində işlər aparılır. Artıq layihənin hazırlıq mərhələsi başlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə