Turizm İnstitunun rektoru: “Turizm sahəsini peşəkar kadrlarla təmin etmək hələ ki mümkün deyil”-MÜSAHİBƏ

Turizm İnstitunun rektoru: “Turizm sahəsini peşəkar kadrlarla təmin etmək hələ ki mümkün deyil”-MÜSAHİBƏ

Artıq \"Turizm ili\"nin başa çatmasına çox az bir zaman qalıb. Bu il ərzində turizm sahəsi üzrə bir sıra tədbirlər görülüb, layihələr həyata keçirilib. Amma bununla belə hələ də ölkədə turizm sahəsi üzrə müəyyən problemlər, peşəkar kadr potensialının olmaması məsələsi qalmaqda davam edir. Turizm ili çərçivəsində görülən işlər və mövcud problemlər barədə ətraflı məlumatları SİA-ya müsahibəsində Azərbaycan Turizm İnstitunun rektoru Cəfər Cəfərov açıqlayıb.

- \"Turizm ili\"nin başa çatmasına çox az bir zaman qalıb. Bu il ərzində görülən işləri necə qiymətləndirirsiniz?

- Ölkə başçısı tərəfindən \"Turzim ili\"nin elan olunması turizm sahəsində aparılan işlərin daha da intensivləşməsinə səbəb oldu. İnfrastrukturun gücləndirilməsi, yeni otellərin tikilməsi, yolların çəkilişi, şəhərlərin abadlaşması və digər bu kimi hallar turizmin inkişafına təkan verən amillərdəndir. Bütün deyilən faktorlarla yanaşı turizmin inkişafına təsir edən ən vacib məsələlərdən biri kadr məsələsidir. Ən yaxşı infrastruktda belə insan resurları lazımi səviyyədə olmadıqda turizmin keyfiyyətli inkişafından danışa bilmərik. Bununla bağlı Azərbaycan Turizm İnstitutun da müəyyən işlər görülüb. Artıq turizm sənayesində, istənilən turizm müəssisəsində xeyli sayda peşəkar səviyyədə təhsil görmüş Turizm İnstitutunun məzunlarına rast gəlmək olar. Amma təhsil istiqamətində görüləsi işlərimiz hələ ki çoxdur. Magistraturaya artıq ikinci qəbul həyata keçirilib. Bu ilin yekununda magistraturanın ilk məzunlarının olacağı nəzərdə tutulur. Bir müddət öncə doktorantura və disertanturaya qəbul başa çatdırıldı və 16 nəfər təhsilin bu səviyyəsinə qəbul edilib. Onlar cəmiyyət üçün peşəkar turizm təhsili verəcək kadrların hazılığı üçün bu işə başlanıb.

- Bu gün universiteti bitirən məzunlarla Azərbaycandakı turizm obyektlərini tam olaraq kadrlarla təmin etmək mümkün deyil. Mövcud tələbatı ödəmək üçün hansı əlavə təklflər irəli sürülməli və ya işlər görülməlidir?

- Kadrların kimin və hansı formada cəlb edilməsi hər bir müəssisənin öz işidir. Onlar da ixtisaslı kadrların olmasını daha üstün tuturlar. Bir çox hallarda xaricdə təhsil alan mütəxəssislər bu obyektlərə cəlb olunur. Bundan əlavə, xarici mütəxəssislər cəlb olunur ki, bu da baha başa gəlir. Ona görə də üstünlük yerli mütəxəssilərə verilir. Güman edirəm ki, gələcək bir neçə ilə turizm sahəsini peşəkar kadrlarla təmin olunması işi başa çatacaq.

- Ölkədə qeyri-ənənəvi turizm sektorunun inkişaf etdirilməsi istiqamətində nə kimi işlərin görülməsinə ehtiyac duyulur?

- Dünya turizm bazarı artıq bölüşdürülüb və orada sahil, dəniz turizmi formalaşıb. Biz bu gün desək ki, Türkiyənin Antalya bölgəsi, Yunanıstan, yaxud İspaniyanın cənub bölgələri ilə rəqabət aparmaq imkanındayıq, bu düzgün deyil. Burada həm mövsümün uzunluğu və bir sıra başqa faktorlar var. Ona görə də beynəlxalq, xarici turizmlərin cəlb olunmasında daha artıq dərəcədə hansısa xarakter məqamlara, xüsusi maraq turizminə diqqəti daha çox yönəltməliyik. Azərbaycanın zəngilliyi, gözəlliyi, mədəniyyəti cəlbedici faktor olduğundan güman edirəm ki, gələn turistlər o istiqamətdə daha artıq maraq göstərəcəklər.

- Gələn il Azərbaycan böyük bir beynəlxalq festivala ev sahibliyi edəcək. Bu müddətdə ölkəyə gələcək turistləri qarşılayıb, onlara ətraflı məlumat verəcək kifayət qədər gənclər, tələbələr varmı?

- Bu gün üçün kifayət qədər gənclərimiz var. Amma təbii ki, onların hazırlıqlarına ehtiyac var. Birdən-birə bu qədər insanı qarşılamaq çox böyük məsuliyyətdir. Bununla bağlı müvafiq qurumlar tərəfindən artıq müəyyən addımlar atılıb. Turizm İnstitutu olaraq öz üzərimizə düşən işləri görürük. Bələdçi hazırlığı ilə bağlı işlərimizi intensivləşdiririk. Bizim tələbələr də müəyyən hazırlıq kurslarından sonra bu işlərə cəlb olunacaq. Güman edirəm ki, bu sınaqdan üzüağ çıxacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə