\"Azərbaycan xalqının soyqırım qurbanları\" adlı foto sərgi keçirilib- FOTOSESSİYA
Bu gün Nizami rayonunda Sevinc kinoteatrının qarşısında \"Azərbaycan xalqının soyqırım qurbanları\" muzeyi eyni adlı foto sərgi keçirib. SİA-nın məlumatına görə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi ermənilər tərəfindən törədilən bütün soyqırımları dünya ictimaiyyətinə çatdırmaqdır.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında bildirib ki,bu kimi tədbirlərin keçirilməsi yüksək qiymətləndirilməlidir: "Gənc nəsli bu cür tədbirlərin keçirilməsi ilə bilikləndirmək ən yaxşı vasitədir".
Daha sonra Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov isə vurğulayıb ki, bu kimi tədbirlərin Türkiyə, Moskva və Hollandiyada da keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, tədbir iştirakçıları üçün həm də müxtəlif illərdə xalqımızın başına gələn soyqırımda həlak olanların fotolarını əks etdirən sərgi təşkil olunub.
Qeyd edək ki, sərgi iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB