Bayram Səfərov Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət etdi

"Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın Konstitusiyasına hörmətlə yanaşmağı və Azərbaycan xalqının bugünki firavan həyatını əldə etməyə çağırıram". SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov cümə axşamı jurnalistlərə deyib. O bildirib ki, Azərbaycanın iqtisadiyyatının inkişafından, firavan həyatdan Dağlıq Qarabağda yaşayan ermənilər də istifadə edə bilərlər.

"Bizimlə bərabər Azərbaycanın var dövlətini onlarda bölüşsünlər, lakin Azərbaycan konstitusiyasına hörmət etmək şərti ilə. İstəmirlərsə, Həkəri çayından o biri tərəfə adlasınlar", - deyə B.Səfərov əlavə edib.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə