Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi və SAM-ın ortaq nəşri olan "Caucasus International" jurnalının növbəti sayı Türkiyədə işıq üzü gördü. SAM-dan SİA-ya verilən xəbərə görə, artıq ikinci sayı çap olunan jurnalın nəşr olunması barədə ilk məlumat Türkiyənin nüfuzlu "Hürriyet Daily News" və "Today’s Zaman" qəzetlərində yer alıb. Jurnalın bu sayında Avrasiya regionunda ənənəvi medianın transformasiyası, sosial medianın rolu, ərəb regionundakı inqilablarda Əl-Cəzirə kimi media quruluşlarının təsiri, eyni zamanda Qafqaz regionundakı konfliktlər nəzərdən keçirilib.
Jurnalın redaksiya heyəti tərəfindən ilk olaraq "Twitter-100"- dünyada Twitterdən ən effektiv istifadə edən nüfuzlu şəxslər, dövlət adamları, ekspertlər, jurnalistlər və bloqqerlərin siyahısı hazırlanıb.
Jurnalda həmçinin 2004 və 2010-cu illərdə nüfuzlu Pulitzer mükafatının sahibi olmuş, Nyu-York Times qəzetinin jurnalisti Antoni Şadid qələmə aldığı məqaləsində Yaxın Şərq regionundakı son hadisələri, Suriyadakı vəziyyəti, Türkiyənin regiondakı rolunu şərh edir. Burada eləcə də, Əl-Cəzirə televiziyasının jurnalisti Ayman Mohyeldinin müəllifi olduğu məqalədə Əl-Cəzirənin Misir inqilabdakı mövqeyi və ümumiyyətlə Ərəb ölkələrinə bu kanalın islahatçı rolundan bəhs olunur.
Bundan əlavə, dərgidə ADA-nın professoru Randall Bekerin siyasət və media əlaqəsindən bəhs edən məqaləsi, Gürcüstanın məşhur politoloqu Gia Nodiya ilə müsahibə, Türkiyənin Kadir Has Universitetinin sosial media məsələləri üzrə müəllimi İsmail Hakki Polatın Türkiyə cəmiyyətində sosial medianın funksionallığı barədə, Svante Kornelin Cənubi Qafqaz regionundakı münaqişələrdə Rusiyanın rolu və siyasəti mövzusunda, eləcə də Gülşən Paşayevanın "Aland Presedenti", Stratfor Elmi Korporasiyasının Avrasiya regionu üzrə analisti Yucin Çausovskinin "Avrasiya regionunda sosial medianin geosiyasəti", SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyevin "Kiber Müharibə: Beynəlxalq Hüquqda Yeni Mərhələ" kimi yazıları və digər məqalələr yer almaqdadır.
Qeyd edək ki, Caucasus International jurnalı təkcə Qafqaz regionunda deyil, dünyada gedən qlobal məsələlərin intellektual müzakirəsini təşviq edir və artıq Türkiyənin kitab satış dükanlarından, www.amazon.com satış saytından, eyni zamanda Bakının kitab mağazalarından jurnalı əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



