Hazırda Bakı metropoliteni 2 xətt, 23 stansiyadan ibarətdir. Stansiyadakı yolların uzunluğu isə 31,5 kilometr təşkil edir.
Metropolitenin inkişaf planına əsasən yaxın gələcəkdə metrostansiyalar bütün Bakını əhatə edəcək və stansiyalar arasında məsafə 900 metr təşkil edəcək.
Artıq bu istiqamətdə işlərə start verilib. Plana əsasən Bakı Metropoliteninin stansiyalarının sayı 76-ya, ümumi yolların uzunluğu 119 kilometrə, xətlərin sayı isə 5-ə çatdırılacaq. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, 2013-cü ildə "Avtovağzal" və "Memar Əcəmi - 2", 2015-ci ildə isə "Həzi Aslanov - 2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyaları istismara veriləcək. Yeni stansiyaların indikilərdən fərqi və üstün cəhətləri olacaq. Belə ki, əgər indi stansiyalarda vaqon tutumu 5-sə, yeni stansiyalara 7 vaqon yerləşəcək. Bununla belə, yeni vaqonlar daha geniş və rahat olmaqla yanaşı kondisionerlə də təchiz olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB