Fuad Muradov: \"Verilişlər auditoriyaya uyğun gəlmir\"

Fuad Muradov: \"Verilişlər auditoriyaya uyğun gəlmir\"

"Bəzən elə verilişlər olur ki, onları ümumrespublika kanallarında vermək olmaz. Buna müəyyən məsələlər, milli mentalitet səbəb ola bilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov deyib. Onun sözlərinə görə, bir çox ölkələrdə belə bir təcrübə var ki, yeni təşəbbüslər xüsusi kanallarda verilir. Televiziya işinə biraz da olsa bələd olduğunu deyən millət vəkili bildirib ki, əksər kanallarda bu gün material yoxdur, yəni efir setkasını doldurmaq onlar üçün heç də asan olmur. Bu problemin olduğunu və bəzi verilişlərin isə auditoriyaya uyğun gəlmədiyini deyən F.Muradov vurğulayıb ki, ona görə də gənclər kanalının yaradılması vacibdir və bu, gələcəyə hesablanan məsələdir.

"Eyni zamanda, bu gün gənclərin peşə seçimi kortəbii olur. Əsas məqsəd isə yaınız ali məktəbə daxil olmaq olur. Amma peşə sabah lazım olacaq, onu istifadə edə biləcək və ya bilməyəcəyi çox vacib məsələdir. Bundan başqa, ali məktəblərdə seçim olmaldır ki, gənclər hansı ixtisas və ya fakultədə uğur qazanacaqlarını əvvəlcədən müəyyənləşdirsinlər", - deyə o əlavə edib.


Gənclər kanalının yaradılmasının onun tərəfindən səsləndirilən fikir olduğunu deyən F.Muradov bu məsələyə Milli Televiziya və Radio Şurasının hansı münasibət göstərəcəyindən xəbərsiz olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə