Erkən yağan qar meyvə bağlarına ciddi ziyan vurdu

Erkən yağan qar meyvə bağlarına ciddi ziyan vurdu

Erkən yağan qar Xaçmaz və Qubanın xurma bağlarına və Xaçmazdakı alma bağlarına ciddi ziyan vurub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, dərilməyən meyvəşaxtanın təsirindən elə ağacdaca yararsız hala düşüb.

Fermerlər rayondakı meyvə bağlarının məhsulunu yarı hissəsinin hələ də yığılmadığını bildirir. İlkin hesablamaya görə, rayon üzrə mövcud min hektar xurma bağından 450 hektarının məhsulunu təqribən 3 min ton xurmanı şaxta vurub. Bu il erkən yağan qar alma bağlarındanda yan keçməyib. Quba ilə həmsərhəddə yerləşən Xaçmazın Ağyazı-Buduq kənd sakinlərinin məhsulları da yerdə qalıb. Havaların qeyri-sabit keçməsi Min bir əzab-əziyyətlə, becərilən meyvələri bar vermə zamanı şaxta vurub. Kənddə yaşayan Neymətovlar ailəsinin xeyli məhsulu ağacda və yığılmış halda bağda qarın altında qalıb.

Emin Kərimov, Quba


Bütün xəbərlər Facebook səhifəmizdə