Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyənin Van vilyətinin Qaragündüz bölgəsində zəlzələ baş verib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, 18 dəqiqəlik fasilə ilə iki yeraltı təkanların gücü Rixter şkalası ilə 4,7 və 4,3 bal olub. Oktyabrın 23-də baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki bina bugünkü yeraltı təkanlara dözməyib və uçub.

İlkin məlumatlara görə, binalarda heç kimin olmaması yeni tələfatın qarşısını alıb. Binalar qəzalı vəziyyətə düşdükdən sonra hökumət sakinləri təxliyə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə