Müqəddəs Qurban bayramı Çin Xalq Respublikasında (ÇXR) geniş qeyd olunub. Çinin müxtəlif şəhərlərindəki məscidlərdə İslam dünyasının milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bayram namazı qılınıb, qurbanlar kəsilib, bayram süfrələri açılıb.
Azərbaycanın ÇXR-dəki səfirliyindən SİA-ya verilən məlumata görə, səfirlik müqəddəs Qurban bayramı münasibəti ilə bayram süfrəsi açıb. Pekindəki əsasən Azərbaycan yeməklərinin təklif olunduğu "Səhra gülü" restoranında təşkil edilən tədbirdə səfirliyin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, həmvətənlərimiz iştirak edib. Əvvəlcə Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni oxunub. Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, əmin-amanlıq, cansağlığı və bol ruzi-bərəkət arzulayıb. Səfir bildirib ki, Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır.
Digər çıxış edənlər çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və dözümlülük mühitinin formalaşmasında İslam dininin də müstəsna rolunu vurğulayıblar. Bundan başqa, ÇXR-də yaşayan soydaşlarımız müqəddəs Qurban bayramı münasibətilə qurbanlar kəsib, müxtəlif şəhərlərdə bayram süfrələri açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB