2011-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz bahalaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,5 faiz ucuzlaşması müşahidə olunub. Dövlət Statistika Komitəsindənn SİA-ya verilən xəbərə görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayın səviyyəsində qalması ilə nəticələnib.
Oktyabr ayında ərzaq məhsullarından manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, süfrə marqarininin, bitki yağlarının, şaftalının, qarpız və yemişin, xiyarın, pomidorun, bibərin, badımcanın, şəkərin qiyməti bahalaşıb. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən unun, çovdar və qarışıq undan çörəyin, qarabaşaq yarmasının, yumurtanın, limonun, bananın, portağal və naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, şabalıdın, kələmin, göyərtinin, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunub.
Oktyabrda qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, parketin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb, su tənzimləyici cihazların, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, sementin, mebellərdən qonaq və yemək otaqları üçün dəstin, mətbəx üçün stolun, məişət avadanlıqlarından elektroduxovkanın, tozsoranların qiymətləri isə ucuzlaşıb.
Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda internet xidməti tariflərində, beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB