Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Şamaxı və Qobustan rayon polis şöbələrinin (RPŞ) Müvəqqəti Saxlama Təcridxanalarına başçəkmələr həyata keçirib, saxlanma şəraitini araşdırıblar. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. MPM qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar.
Eyni zamanda, Qobustan RPŞ-nin MST-də həkim otağının olmadığı, Şamaxı RPŞ-nin MST-də isə sənədlərin tərtibində bəzi çatışmazlıqların olduğu müəyyən edilib. Həmin nöqsanlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və aradan qaldırılması üçün tövsiyələr verilib. Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB