Bu gece tempratur 0 dərəcə olacaq

Bu gece tempratur 0 dərəcə olacaq

Bu gün paytaxt Bakıya ilk qar yağıb. Noyabrın 6-dan kəskin soyumağa başlayan hava şəraiti indi də davam edir. Paytaxtda güclü şimal küləyi müşayiət olunur. Səhər saatlarından etibarən paytaxtın ayrı-ayrı yerlərində sulu qar və qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji proqnozlar bürosunun məlumata görə, hava noyabrın 8-i gündüzədək fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə