Qubada əhali işıqsızdlr

Şimal rayonlarında hava şəraiti kəskin dəyişilib. Gecə saatlarından yağmağa başlayan qar hazırda Quba, Qusar, Xaçmaz rayonlarında küləklə müşayiət olunur. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Quba Ərazi Hidormeterologiya mərkəzindən verilən məlumata görə, Qubada qarın hündürlüyü 10 sm, Qusar 19 sm-dir. Qeyd edək ki, Rayon İcra hakimiyyətinin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Sahib Məməmdov da bu faktı təsdiq edib. Onun sözlərinə görə, hazırda Qubanın Xınalıq, Buduq, Xaltan, Adur kəndləri də daxil olmaqla təxminən 20 kəndinə güclü qar yağır.Qarın yağması Xaçmazda enerji probleminə səbəb olub, əhali işıqsız qalıb. Hazırda enerjinin bərpa olunması istiqamətində iş gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə