Fransa, İtaliya və İspaniyada 20 nəfər pis hava şəraitinin qurbanı olub. Fransada aramsız yağışlar bir neçə şəhərdə daşqına səbəb olub. Ölkənin cənubunda elektrik enerjisi təchizatı pozulub, 8000 ailə işıqsız qalıb. Təbii fəlakət zonasından 2000-dən çox sakin evakuasiya edilib. Öz məcrasından çıxan çaylar böyük ərazini su altında qoyub. Fransanın 12 departamentində fövqəladə vəziyyətin axırdan ikinci səviyyəsi - \"narıncı səviyyə\" elan edilib. Təbii fəlakət Fransada artıq 3 nəfərin həyatına son qoyub. Leysan yağış və güclü küləklər İtaliyanı da fəlakət zonasına çevirib. Xüsusilə Turin bölgəsinə ciddi ziyan dəyib. Regionun paytaxtı Pyemont şəhərində əsl xaos yaşanır. Ölkənin ən uzun çayı olan Po çayında suyun səviyyəsi kritik həddə yaxınlaşıb. Leysan yağışlar dayanmasa, şəhərdə güclü daşqın baş verəcək. Pyemont şəhərindən 600-ədək sakin evakuasiya edilib. Məktəblər bağlanıb, sakinlərə mümkün qədər evlərindən çıxmamaq tövsiyə olunub. Neapol şəhərində pis hava şəraiti 1 nəfərin həyatına son qoyub. Son 2 həftə ərzində İtaliyada pis hava 20 nəfərin ölümünə səbəb olub.
İspaniyada da normadan soyuq hava şəraiti hökm sürür. Paytaxt Madriddə isə artıq qar yağıb. Madriddə və daha 24 bölgədə qasırğa təhlükəsi barədə xəbərdarlıq edilib. Burada da Fransa və İtaliyadakı səhnəni görmək olar - öz məcrasından çıxmış çaylar, güclü külək, aşmış ağaclar. Məşhur kurort şəhəri San-Sebastyana aparan yol, uzaqdan görünmə dərəcəsinin aşağı düşməsi ilə əlaqədar tamamilə bağlanıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB