Soyuqlar davam edəcək

Soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması nəticəsində noyabrın 6-sı gündüzdən və 7-si səhərədək ölkə ərazisində hava şəraiti anomal soyuq, yağıntılı keçib, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv güclü olub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, noyabrın 7-də Bakı və Abşeron yarımadasında
intensivləşən sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Noyabrın 8-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, səhər tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var. Noyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-3, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir

Noyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək, arabir güclənəcək. Gecə 2-5, gündüz 5-10 dərəcə isti gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə