Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovun torpaga tapşırıldıgı gündür
Bu gün Vətən uğurunda qurban gedən iki şəhid əskərimizin torpağa tapşırıldığı tarixdir. Düz bir il əvvəl bütün Azərbaycan Milli qəhrəman Mübariz İbrahimov və zabitimiz Fərid Əhmədovu göz yaşları, amma qürurla torpağa tapşırdı. Gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdular. Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən döyüşdə qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-ü yaralayaraq şəhid olub. Fərid Əhmədov da ötən il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB