Dəmiryolçular gücləndirilmiş iş rejiminə keçdi

Dəmiryolçular gücləndirilmiş iş rejiminə keçdi
Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar paytaxtda gələn qatarlar gecikir. "Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətindən rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar qurum gücləndirilmiş iş rejiminə keçib: "Dəmiryolçular tam hazırlıq vəziyyətində iş başındadırlar. Yollarda baş verə biləcək bütün neqativ hallar aradan qaldırmaq üçün zəruri tədbirlər görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə