Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə paytaxtın enişli-yoxuşlu küçələrində hərəkət edərkən sürət həddinə diqqət yetirmələri tövsiyə edir.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, belə havalarda avtomobilin təkərlərindəki təzyiq normadan aşağı olmalıdır.
Onun sözlərinə görə, xüsusən döngələrdə avtomobilin sürəti aşağı olmalıdır ki, qəza vəziyyəti yaranmasın. Həmçinin avtomobilin sürüşməməsi üçün əl və ayaq əyləclərindən mümkün qədər az istifadə olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB