Müsəlmanların mənəvi birlik rəmzi olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtərdə də qeyd edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çoxlu sayda xırda və iri buynuzlu heyvan kəsilərək Qarabağ əlillərinə, müharibə veteranlarına, imkansız ailələrə, o, cümlədən rayon ərazisidə müvəqqəti məskunlaşan köçkünlərə paylanıb.
Şəhər mərkəzi ilə bərabər kəndlərdə bayram əhval-ruhiyyəsi davam edir. İcra nümayəndələri və bələdiyələrin köməyi ilə ehtiyacı olan insanlara qurban əti paylanıb.
Bu müqəddəs gündə cəbhə bölgəsində yaşayan insanların ən böyük arzusu tezliklə işğalda olan torpaqlarımız düşmən tapdağından azad edilməsidir.
Qeyd edək ki, qurbanlığa gətirilən iri və xırda buynuzlu heyvanlar baytar həkimlərin müayinəsindən sonra kəsilir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB