Bağçalara alternativlər yaradılır

Bağçalardakı sıxlığı aradan qaldırmaq və təlim prosesində interakiv üsullardan yararlanmaq məqsədi ilə alternativ layihələr həyata keçirilməyə başlanıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanda ənənəvi uşaq bağçaları ilə yanaşı, məktəbəqədər təhsilin yeni formalarının tətbiqi istiqamətində, yeni modellərin yaradılması üçün beynəlxalq təcrübə öyrənilir. Artıq paytaxt və bölgələrdə pilot layihələr həyata keçirilir. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və bp-Azərbaycan şirkətinin dəstəyi Şəmkir rayonunda icma tipli məktəbəqədər təhsil müəssisəsi yaradılıb. Layihə özünü doğrultduqdan sonra yeni model daha geniş şəkildə tətbiq edilə bilər. Qeyd edək ki, icma tipli məktəbəqədər təhsil müəssisəsi bağça hesab edilmir. İcma uşaqların məktəbə qısamüddətli hazırlığına imkan verən təlim kurslarıdır. Burada uşaqlar 3 saatlıq məşğələlər keçirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə