Ənənəvi olaraq hər il noyabrın 15-də qış vaxtına keçidlə əlaqədar əhaliyə verilən təbii qazın həcmi artırılır. Bu il artıq qış mövsümü başlayandan əhaliyə verilən qazın həcmi sutkada 6,5-7 milyon kubmetr və ya 15-20 faiz artırılıb. Ancaq qış mövsümünə keçidlə əlaqədar qazın həcminin yenidən artırılacağı gözlənilir. \"Azəriqaz\" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, havaların necə keçməsindən asılı olacaq verilən qazın həcminin nə qədər artırılacağı müəyyənləşəcək.
Qurumdan bildirildi ki, qış fəsli boyunca qaz təchizatında heç bir problem olmayacaq: "Əhalinin keyfiyyətli və davamlı qazla təmin etmək üçün lazımi qədər qaz ehtiyatı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB