Rövnəq Abdullayev: Azərbaycan İrana qaz istehsal edə bilər

Rövnəq Abdullayev: Azərbaycan İrana qaz istehsal edə bilər

Azərbaycan İrana qaz ixrac etməyə hazırdır. "APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında qaz alqı-satqısına dair müqavilə imzalansa da, Azərbaycan hələ qaz ixracına başlamayıb: "İran tərəfi nə vaxt istəsə də, Azərbaycan qaz ixracına başlamağa hazırdır".


R.Abdullayev qeyd edib ki, gələn il Azərbaycandan Rusiyaya bu il olduğu kimi, 2 mlrd. kubmetr qaz ixracı nəzərdə tutulub.Xatırladaq ki, Azərbaycan Naxçıvan MR-in təbii qaza olan ehtiyacını ödəmək üçün hər il İrana 400 mln. kubmetr qaz ixrac edir. Azərbaycanla Türkiyə arasında imzalanmış son qaz anlaşmasına uyğun olaraq yeni qaz kəmərinin tikilməsi və ya mövcud infrastrukturun genişləndirilməsi "Nabucco" layihəsinə heç bir təsir göstərməyəcək.Azərbaycandan Türkiyəyə yeni qaz kəmərinin tikintisi texniki-iqtisadi əsaslandırmadan asılı olacaq" Rövnəq Abdullayev bildirib \"Nabucco\" layihəsindən danışarkən bele deyib. "Nabucco" daha qlobal, 30 mlrd. kubmetrə hesablanmış layihədir. Bu layihə təkcə Azərbaycan qazının deyil, Türkmənistan və İraq qazının da nəqli üçün nəzərdə tutulub" - deyə R.Abdullayev qeyd edib. Onun sözlərinə görə, 1 il müddətində yeni kəmərin texniki-iqtisadi əsaslandırması hazır olacaq və ondan sonra müvafiq qərar qəbul olunacaq: "Əsaslandırma normal olarsa, Azərbaycandan Türkiyəyə yeni qaz kəməri çəkiləcək və "Şahdəniz" qazı Türkiyə vasitəsilə Avropa bazarına çıxarılacaq".



Bütün xəbərlər Facebook səhifəmizdə