Hizbullah Təbrizdə Azərbaycanın baş konsulluğu qarşısında nümayiş keçirəcəyi xəbərini təkzib edib
Bu təkzib cümə axşamı günü Təbriz Ənsari Hizbullahının mühüm açıqlaması olaraq təşkilatın saytında birinci xəbər kimi yayımlanıb. Bu arada həmin saytda molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları və çağırışları hələ də qalır
Amerikanın səsi xəbər verir ki, cümə günü, noyabr ayının 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında Ənsarı Hizbullah təşkilatının aksiya keçirəcəyi barədə Azərbaycan mətbuatında çıxan məlumatlar təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında təkzib edilib.
Bu təkzib cümə axşamı günü Təbriz Ənsari Hizbullahının mühüm açıqlaması olaraq saytda birinci xəbər kimi yayımlanıb.
Saytda cümə axşamı günü yazılıb: "Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, aban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şaiələr yayılıb. Bu təşkilat belə bir aksiya keçirtməyəcəkdir və Hizbullah bu barədə yayılan şaiəni təkzib edir".
Qeyd edək ki, noyabrın 4-ü İranda Amerika səfirliyinə edilən hücumun ildönümüdür və həmin gün İranda tələbə günü olaraq qeyd edilir.
Bu arada Ənsarı Hizbullahın Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin "Səhər" televiziyasında və internetdə Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. Molla Becani həmin sayta yerləşdirilmiş və "Səhər" televiziyasında dediyi sözləri təkrar edərək Azərbaycanda Dini Qurumlarla İş Üzrə Dövət Komitəsinin, Azərbaycan rəhbərliyi tərəfindən Amerika və İsrailin tələbi üzərinə islama qarşı yarandığını da irəli sürüb. Azərbaycanın dünyadakı ikinci şiə dövləti olduğunu deyən Molla Becani belə bir iddia da irəli sürüb ki, guya bu idarə islamı Azərbaycandan söküb atmaq məqsədi ilə yaranıb.
Ənsarı Hizbullahın Şərqi Azərbaycan şöbəsinin rəhbəri Azərbaycanın konsulluğunu casusxana adlandırıb və İran hökumətinin keçən il onların buraya hücum etmə planlarının qarşısını aldığını deyib. O söyləyib ki, biz bu il burada aksiyamızı keçirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB