Bərdə Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair həsr olunmuş hesabat yığıncağı keçirilib.
SİA-nın Qarabağ börusunun verdiyi xəbərə görə, toplantıda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilib ki, cari ilin doqquz ayında ümumi məhsul buraxılışı 145,1 milyon manat təşkil edib. Bunun 6,2 milyon manatı sənaye, 81,6 milyon manatı kənd təsərrüfatının payına düşür. Hesabat dövründə əsas kapitala 18,2 milyon manat investisiya yönəldilib.
Rayonda geniş tikinti, quruculuq işləri davam etdirilib. Hesabat dövründə birinci Hacallı kəndində və Şahvəllər kəndində 220 şagird yerlik tam orta məktəb tikilmiş, şəhər 1saylı orta məktəb isə əsaslı təmir edilib. İlin əvvəlindən Qaraməmmədli, Samux, Nazırlı, Kürdborakı, Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirasəfli kəndlərinə təbii qaz verilib eyni zamnada şəhərdə qazlaşdırma 98,4 faizə çatdırılıb.Lək kəndində 2 min tonluq soyuducu anbar, Mehdili kəndində gündəlik gücü 15 ton olan soyuduculu ətkəsmə müəssisəsi tikilir, 528 min başlıq broyler-quşçuluq fabriki yenidən qurulur.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB