Metyu Brayza: Bu bayramda heç yerdə yemədiyim narın dadına baxmaq imkanı əldə etdim
Göyçayda keçirilən VI Nar Bayramında iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza SİA-ya açıqlamasında bayramın çox gözəl təşkil olunduğunu bildirib. "Burada hamı bir-birini təbrik edir, şənlənir. Bu bayramda heç yerdə yemədiyim narın dadına baxmaq imkanı əldə etdim. Çox şadam ki, göyçaylılarla birgə bu gözəl məhsul bayramını qeyd edirəm. Burada insanların mənə qarşı isti münasibətini gördüm. Bu bayram Azərbaycan iqtisadiyyatının necə sürətlə və əzmlə inkişaf etdiyini göstərir. Bu inkişaf sadəcə çoxlarının düşündüyü kimi neft-qaz sektorunda deyil, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində də müşahidə edilir".
Səfir qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sektoru çox ümidverici sahədir: "İnanıram ki, ABŞ-dan olan investorlar bu sahəyə daha çox sərmayə qoyacaqlar. Mən bu ilin iyulunda Göyçaya səfərim zamanı narçılıqla məşğul olan fermerlərin bağları, "AzNar" ASC-nin meyvə şirəsi emalı müəssisəsinin fəaliyyəti ilə tanış oldum, məhsulların topdansatış alıcıları ilə görüşdüm, rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri bəyəndim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB