Bu ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 64 dəfə pozulub
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub, 2 hərbçi və 1 mülki sakin yaralanıb. Oktyabr ayında atəşkəsin ən çox pozulmasına dair fakt cəbhə xəttinin Füzuli rayonun istiqamətində qeydə alınıb. QZarabağ cəbhəsində digər istiqamətlər üzrə - Ağdam istiqamətində atəşkəsin pozulmasına dair 8, Goranboyda 7, Cəbrayılda 7, Xocavənddə 6, Tərtər istiqamətində isə 4 fakt qeydə alınıb. Qazax rayonu istiqamətində atəşkəs 5, Gədəbəy rayonu istiqamətində 5, Tovuz rayonu istiqamətində isə 4 dəfə pozulub.Xəbəri Müdafiə nazirliyi yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB