Gənclər tərəfindən “Bayraq Festivalı”keçirilib

Gənclər tərəfindən “Bayraq Festivalı”keçirilib

Bu gün Bakı İdman Sarayında 9 noyabr-Dövlət Bayrağı gününə həsr olunan "Bayraq Festivalı"keçirilib. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, gənclər təşkilatlarının üzvləri və fəal gənclər iştirak edib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov bildirib ki, Bayraq günü gənclər səviyyəsində ilk dəfə qeyd olunur. Onun sözlərinə görə, bu il təşkil olunan festival çərçivəsində rəsm müsabiqəsi həyata keçirilir: "Yekun nəticədə 10 nəfər iştirakçı arasında 3 qalib seçiləcək. Gələcəkdə bu festivalın daha geniş respublika səviyyəsində təşkil olunması nəzərdə tutulur. Bu festivalın keçirilməsində əsas məqsəd gənclərdə dövlət atributlarına-bayrağa olan sevgini aşılamaq və bunu daha da artıqmaqdır. Gələcəkdə festival respublika səviyyəsini əhatə etməklə bərabər digər sahələri də əhatə edəcək".

Qeyd edək ki,9 noyabr-Dövlət Bayrağı günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə